Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış

Ötən həftə FHN criminal.az saytının rəsmi sorğusunu cavablandırarkən 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H. Axundova məxsus olduğu da bildirilib.

Bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.

Criminal.az saytı mərhum Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edib. Sayt yazır ki, G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi “Jeep Wrangler” markalı,  Az 90 LL 333 nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.

Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli “Jeep Wrangler”markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə Az 90 RR 111 nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki Az 90 GS 111 nömrə nişanı həmin ilin dekabrında Az 90 LL 333 nömrəsinəgaziantep escort bayan dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi “Jeep Wrangler”markalı, Az 90 LL 333 nömrə nişanı avtomobilin üzərində olub.

Sayt yazır ki, Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi