Kilsədə qətliam – 27 nəfər öldürüldü

ABŞ-ın Sazerlend -Sprinqs (Texas ştatı) baptistlərin kilsəsində atışma olub. 

Nəticədə 27 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Donald Tramp Twitter səhifəsində hadisədən xəbərdar olduğunu və Yaponiyadan hadisəni izlədiyini yazıb. 

Hücum edən kişi öldürülüb. Hələlik cinayət haqqında əlavə məlumat yoxdur.

Hadisə yerində Federal Təhlükəsizlik Xidməti çalışır.