“ASAN xidmət” ATƏT-in İnsan Ölçüsü Komitəsində təqdim olunub – FOTO

ATƏT-in İnsan Ölçüsü Komitəsində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində hesabat təqdim olunub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Ağasi iştirakçılara son illərdə Azərbaycanın dövlət xidmətlərindəki nailiyyətləri barədə ətraflı məlumat verib. O, “ASAN xidmət”in əlçatanlıq, hesabatlılıq, effektivlik, şəffaflıq və innovasiya kimi prinsiplərə əsaslanaraq fəaliyyət göstərdiyini vurğulayıb.

Təqdimat zamanı “ASAN xidmət”in vətəndaş rəylərinin öyrənilməsi, mütəmadi sorğuların keçirilməsi üçün bir çox kommunikasiya vasitələrindən geniş istifadə etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində gənclərin, xüsusilə də xanımların könüllü kimi çalışması cəmiyyətdə gender balansının inkişafına müsbət təsir göstərir.

Azərbaycanda viza sisteminin təkmilləşdirilməsi və xarici vətəndaşların 3 saat ərzində elektron viza əldə edə bilməsi üçün “ASAN Viza” portalının fəaliyyət göstərdiyi vurğulanıb.

Həmçinin Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov “ASAN xidmət”in əldə etdiyi nailiyyətlərə toxunaraq bu qurumun dövlət xidmətlərinin göstərilməsində Azərbaycanın beynəlxalq səviyyədə nümunəvi modeli olduğunu bildirib.

Daha sonra təqdimat sual-cavab ilə davam etdirilib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi