Gəncəyə sürət qatarı ilə gedə biləcəksiniz – Tezliklə

Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsilə cəmi 4 saata çata biləcəklər.

Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir.

Bunu Xəzər Xəbərə açıqlamasında Azərbaycan Dəmir yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Sədr deyib ki, gələn ilin avqust-sentyabr aylarında Gəncəyə sürət qatarı ilə getmək mümkün olacaq.