Hakim Mehman Hüseynova xəbərdarlıq etdi

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi davam edib. Məlumata görə,  Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.

Sonuncu vəsatət təmin edilib, digərləri təmin edilməyib.

M.Hüseynovun şüşə qəfəsdəki davranışlarına görə hakim ona xəbərdarlıq edib.
M.Hüseynov özünü təqsirli bilmədiyini deyib. Ona sərbəst ifadə vermək təklif edilib. O deyib ki, ittihamçı Musa Musayevi görməyib.

Vəkil Fuad Ağayev polis rəisi Musa Musayevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.

Prosesdə noyabrın 10-na kimi fasilə elan edilib.

Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Ölkə.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi