Türkiyədə terrorçularla atışmada 1 polis şəhid oldu: 4-ü yaralandı

Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb. Əməliyyat nəticəsində bir terrorçu məhv edilib.

Antiterror əməliyyatı Kaynarpınar rayonunun Huzurevləri məhəlləsinin Sıtkı Göral küçəsindəki yaşayış binasında, PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib.