Usama Bin Ladenin kompüterindən çıxanlar ŞOK ETDİ

“Tom və Cerri”yə baxırmış

Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) 2011-ci ildə öldürülən Əl-Qaidə terror təşkilatının başçısı Usama Bin Ladenin əməliyyat zamanı ələ keçirilən kompüterindəki sənədlərin siyahısını açıqlayıb. Bir vaxtlar ən çox axtarılan terrorçu olan Bin Ladenin kompüterindən 470 min sənəd aşkarlanıb. Həmin sənədlər arasında “Tom və Cerri” cizgi filminin bir çox seriyaları, mobil telefon üçün musiqilər, karikatura və edam videoları da yer alıb. CİA Pakistanın Abbottabad şəhərində gizləndiyi qərargahda öldürülən Bin Ladenin ölümündən bir gün əvvəl bəzi şeylər yazdığı şəxsi dəftərini də ortaya çıxarıb.

10 mindən çox videonun arasında Bin Ladenin oğlu Hamzanın gənclik görüntülərinə də rast gəlinib. CİA direktoru Mike Pompeo “Bu gün Əl-Qaidənin yayımlanan məktubları, videoları, səs yazıları və başqa materiallar Amerika xalqının bu terror təşkilatının iç üzünü anlaması üçün fürsət verir” deyə bildirib. CİA açıqlamasında bəzi sənədlərin milli təhlükəsizlik səbəbindən yayımlanmadığını ifadə edib. Bundan başqa CİA ələ keçirilən və yayımlanmayan sənədlər arasında pornoqrafiq və müəllif hüququ olan materialların da olduğunu qeyd edib. A24.az Türkiyə mediasına istinadən xəbər verir.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi