Erməni nazir polisləri geri çağırdı – Hakimiyyət üçün mübarizə BAŞLAYIR

Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib. Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov oğlunun həbs olunmasına dərhal cavab verib. KİV-in yazdığına görə, Avakov Ali Radanı müdafiə edən polisləri geri çağırıb və radikallara tam hərəkət azadlığı verib. Deputatlar isə Arsen Avakovun Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər. Hazırda Milli korrupsiyaya qarşı Büro Kiyevdə ən təhlükəsiz binadır. Orada onlarla Milli Qvardiya döyüşçüsü keşik çəkir. Büroda hazırda Avakovun oğlu saxlanılır.

Qeyd edək ki, Arsen Avakovun oğlu Aleksandr dünən Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Aleksandr Milli Qvardiya üçün verilən sifarişlər zamanı korrupsiyaya və fırıldaqçılığa yol verməkdə ittiham olunur.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi