Yıldız Tilbe səhvini başa düşdü, yoxsa…

İki gün öncə ” O səs Türkiyə”nin növbəti verilişində heç kimin gözləmədiyi hadisə baş verdi. Münsiflərdən biri Yıldız Tilbe Azərbaycan mahnısını ifa etdi və bununla da Azərbaycan auditoriyasını sözün əsl mənasında təəccübləndirdi. Tilbe istedadlı müğənnimiz Rühəngiz Musəvinin bir zamanlar ifa etdiyi və bir çox türk müğənnilərinin zaman-zaman oxuduğu “O dedi yox, yox” mahnısını oxudu. Təəccüb doğuran məqamlardan biri odur ki, yarışmanın ötən bölümlərinin birində azərbaycanlı iştirakçı Pərvin Səfərovun ifasına dönməməyini “mahnıda şivəni bəyənməməsi”ni absurd bir fikirlə əsaslandırmışdı.

Maraqlıdı…P.Səfərovun ifa etdiyi, sözləri İslam Səfərliyə,musiqisi Cahangir Cahangirova aid olan “Nazəndə sevgilim”, məgər türkçə oxunmalı idi?

Tilbe yarışmanın əvvəlində açıq-aydın irqçilik mövqeyi tutaraq, münsif heyətində iştiraka başlamışdı.

Bu yaxınlarda mediaya Yıldız Tilbe və Gökhan arasında irqçilik üstə mübahisənin yaşandığı yayıldı.Tilbe Gökhana ” bura O səs Türkiyə yarışmasıdı və mən yalnız türkçə oxunan mahnılara dönəcəm” deyə öz etirazını bildirmişdi. Acun Media və yarışmada yer alan münsiflər isə bu xəbəri qətiyyətlə təkzib etdi.

Və…əsas məsələ…Ötən gün Tilbe Azərbaycan mahnısı oxuyaraq, “məntiqli” izləyiciyə irqçiliq mübahisəsinin həqiqətən yaşandığını sübut etdi.Görünür, Acun Media irqçilik ayrımının yarışma qaydalarına uyğun olmadığını və mövqeyini dəyişməyini Tilbeyə etiraz şəklində bildirib və o da öz növbəsində səhvini başa düşdüyünü Azərbaycan mahnısını ifa edərək, həm də xarici oxunan mahnılara dönərək, mesajını bizlərə göndərdi…

Aysel

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi