Radikalların ölkədə xaos yaratmaq niyyəti
Və bu hədəflərə çatmaq üçün dindarlardan istifadə etmək cəhdləri
Radikal siyasi düşərgə yenə də öz ampluasındadır. Hər zaman olduğu kimi bu dəfə də ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanda xaos, anarxiya yaratmaq radikalların qarşılarına qoyduqları əsas hədəf, məqsəddir. Bu hədəflərin, məqsədlərin arxasında isə onlara dəstək verən xariuci dairələrin əli ilə hakimiyyətə gəlmək dayanır. Hər halda Milli Şura adlanan qurumun son vaxtlar paytaxtda təşkil etdiyi bir neçə aksiya belə deməyə əsas verir. Ötən həftələrdə Bakıda bir neçə dəfə mitinq keçirən Milli Şura adlanan qurum, daha dəqiq desək həmin qurumun əsas diktatoru sayılan Əli Kərimli və onun rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası öncəki aksiyalardan dolayı xarici ağalarından aldığı təşəkkür məktubu və iyanədən ruhlanaraq yenidən mitinq keçirməyi qərarlaşdırıb. Yenə də sosial şəbəkə vasitəsilə insanları akssiyalara çağıran radikallar bu dəfə də ölkədəki bəzi dini yönümlü şəxslərdən istifadə etməyi düşünürlər. Hansı ki, həmin diniyönümlü şəxsləri də radikal düşərgə ilə birləşdirən məqam hər iki cəbhənin ölkədə xaos yaranması istəyidir. Hər halda ötən aksiyalarda bu qəbildən olan insanların Əli Kərimlinin şirin vədlərinə uyaraq “Məhsul” stadionuna təşrif buyurması belə deməyə əsas verirdi. Hazırda da müşahidə edilən mənzərə ondan ibarətdir ki, Milli Şuranın növbəti aksiyasının da əsas iştirakçıları radikal dindarlar olacaq. Təbii ki, din adamları, ibadət əhlinin radikal düşərgə ilə birlikdə hökumətə, dövlətçiliyə qarşı çıxması sözün həqiq mənasında inanclı insanlar tərəfindən etirazla qarşılanır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, İslamda müxalifət anlayışına icazə verilmir. Onun sözlərinə görə, dinimizdə müxlaiflik institutu mövcud deyil: “Müxaliflik İslam mənbələrinə əsasən dindən çıxmaq sayılır ki, Allahın Rəsulu ölkə rəhbərinə müxalif olanları dindən çıxan, xaric olan, xəvaric adlandırmışdı. Bu gün məhz belə anlayışda olan zərərli insanlara görə müsəlmanlar haqqında mənfi düşüncələr formalaşır. Halbuki ölkə rəhbərinə qarşı çıxan xəvaricin İslamdan payı olsaydı peyğəmbər onları xəvaric, yəni dindən çıxan adlandırmazdı. Onlar barədə Allahın peyğəmbərinin saysız hesabsız hədisləri vardır. Peyğəmbərdən sonrakı xəlifləri məhz belə xəvaric düşüncəsində olanlar öldürmüş, xəlifə həzrəti Əli də öz dövründə onları təqib etmiş, onlara ən ağır cəzalar vermiş, hətta onları öldürmüşdür. Təəssüf ki, İslam mənbələrində bildirildiyinə görə onlardan bir neçəsi sağ qalıb qaçmış və öz batil ideologiyalarını yaymağa çalışmışlar. Bu gün də xəvariclik ideologiyası öz mənfi təsirini bir çox müəslman ölkələrində göstərmişdir”. Əkrəm Həsənov onu da deyib ki, dinimizdə insanlarla, cəmiyyətlə, müsəlmanlarla dini və siyasi liderlərin münasibətləri Allah təalanın kitabı Qurani Kərim, Peyğəmbərin hədisləri və bu yolda olan alimlərin icması ilə tənzimlənir: ” Belə ki, Qurani Kərimə baxdıqda görürük ki, bir çox ayələrdə Allah təala özünə və peyğəmbərinə itaəti əmr etdikdən sonra yaşadığın ölkənin böyüklərinə, idarəçilərinə, səlahiyyət sahiblərinə də itaəti əmr edir. Çünki, Allah təala məhz Peyğəmbərləri bunun üçün seçmişdir ki, insanların Allaha inancından sonra vahid bir ölkə rəhbərinin ətrafında birləşdirsin. Bu barədə Qurani Kərimin Nisa surəsinin 59-cu ayəsində uca Allah belə buyurur: “Ey iman edənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! (Nisa, 4/59). Bu ayədə Allah təala ölkə rəhbərinə itaət etməyi əmr etmişdir. Çünki, ölkə rəhbərinə olan itaətsizlik həm dini, həm də dünyəvi işlərdə zərərə gətirib çıxarır. Belə olduqda ölkə daxildən zəifləyir, ölkənin düşmənləri öz hiyləgər planlarını həyata keçirmək üçün müsəlman əhalinin arasına təfriqə salır. Əgər əhalisi müsəlman olan ölkələrdə insanlar öz dövlət rəhbərlərinə sevgi, hörmət və itaət göstərərlərsə ölkənin düşmənləri onlardan qorxar və onlara hörmət edərlər. Bunlar təcrübə əsasında bilinən məsələdir. Ona görə də dindarların hansısa siyasi aksiya, dövlət, onun rəhbərinə yönəlmiş fəaliyyətlərə qoşulması doğru deyil”.
Məhəmməd
Olaylar.az