Ərəb dilini bilməyən Harun Yəhya yeni Quran tərcüməsi hazırladır
Harun Yəhya kimi tanınan Adnan Oktar bir qrup dilçiyə Quran tərcüməsi hazırladıb. 1-2 ay ərzində həmin kitabın çap olunacağı bildirilir.
Qeyd edək ki, Adnan Oktar ümumiyyətlə ərəb dilini heç bilmir. Bu kitabı da sadəcə öz fikirlərinə uyğun bir şəkildə tərcümə elətdirmək fikrinə düşüb. Harun Yəhya əvvəllər tərcümələrində Türkiyənin Fəthullatçı yazıçısı olaraq tanınan Ali Bulatın Quran tərcüməsindən istifadə edirdi. “A24.az” Türkiyə mediasına istinadən xəbər verir.