Murad Dadaşov və media arasında qarşıdurma

ATV-də yayımlanan “Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib. Buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub.

3 gün şəhərdə ağızdan-ağıza dolağan xəbərlərdə “Maşın şou”nun qalibinin  Talıb Talehli olduğu artıq heş kimə sirr deyildi.  Lakin Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək məcburiyyətində qalıb, çünki  verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final  oktyabrın 25-də olmalı idi.

Jurnalistlər artıq avtomobili Talıb Talehin qazandığını yazıb. İlkin Misgərliyə hədiyyə olunan avtomobili də . Beləliklə, sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir.

Murad Dadaşova, onun komandasına və layihəsini təqdim etdiyi şirkətinin əməkdaşlarına nəzərə çatdırmaq yox, başa salırıq: Media əhli ilə işiniz olmamalıdır. Bilmirsinizsə, bilin ki, media gördüyünü, bildiyini  yazacaq. Bu onun başlıca və tərəfsiz vəzifəsidir. Mətbuata qarşı  hörmətsizlik indiyə qədər heç kimə xeyir verməyib.   Qalibin kim olması barədə günlərlə gəzən xəbərləri efirdən təsdiqlədiniz. Nə dəyişdi ki? Xəbər təsdiqini efir vasitəsilə tapdı. Vəssalam. Saxtakarlıq və yalan ayaq tuta bilər, amma yeriməz.

Komandanı formalaşdıranda əvvəlcədən onlara anlatmalısınız ki, daxildə gördüklərini, bildiklərini, eşitdiklərini orda da saxlmalıdırlar. Hər halda qəbul olunmuş bir qaydada var ki, hər hansı bir şirkətə, layihəyə işçi, əməkdaş cəlb olunursa, o işçi ilə bağlanan müqavilədə bir bənd var. Şirkətin sirri kənara ötürülməməlidir. Yəni səhv sizindir. Jurnalistlər öz işlərini görüblər. Qaldı ki, səhv yenə də sizdədir. Şounun sonuna 2 nəfər iştirakçı qalıbsa, o zaman orada baş verənlərin  canlı efirə qədər sirr qalmasını özünüz təmin etməli idiniz.

Yaxın günlərdə, MTRŞ şounun monitorinqi ilə bağlı nəticələri açıqlayacaq. Hər halda  həqiqəti yazan mətbuat bu dəfə də  haqlı çıxacaq.MediaZona.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi