Həşərat, yoxsa “yadplanetli”? – Təəccüblənmək istəyənlər baxsın (VİDEO)

Sosial şəbəkələrdə sanki iri buynuzları olan kəpənəyə oxşar həşəratın videogörüntüsü böyük marağa səbəb olub.

Bir çoxları bu həşəratın “yadplanetli” olduğunu zənn edib.

Mütəxəssislər bunun “Creatonotos Gangis” güvəsi olduğunu bildiriblər. Belə ki, bu növün erkəkləri cütləşmə dövründə dişiləri cəlb etmək üçün xüsusi borucuqlarından istifadə edirlər.