Aralıq dənizində 2800 nəfər həlak oldu
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2017-ci ilin əvvəlindən bu günə qədər Aralıq dənizi vaistəsilə təxminən 150 min miqrant Avropaya sığınıb. Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədəki hesabatında Nigeriya, Qvineya, Banqladeş, Fil Dişi Sahili, Mali, Eritreya, Qambiya, Seneqal və Sudan sakinlərinin daha çox İtaliyaya köç etdikləri açıqlanıb.
Aralıq dənizi vaistəsilə həyatlarını təhlükəyə atıb Avropaya köç edənlərdən 2 min 800 nəfər həlak olub.