Kürdlər Bağdadı dialoqa çağırır

İraqdakı kürd muxtariyyətinin hökuməti böhranın həlli üçün Bağdada dialoq təklif edərək referendumun nəticələrini və regionun müstəqilliyinin elan olunması prosesini dondurmağa hazır olduqlarını bildirib.

“Biz atəşkəsin başlamasını və Kürdüstanda bütün hərbi əməliyyatların təcili dayandırılmasını təklif edirik”, – kürd regional vilayəti hakimiyyətinin bəyanatında belə deyilir.

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. Muxtariyyətin seçkilər və referendum barədə ali komissiyasının məlumatına əsasən səsvermədə iştirak edən seçicilərin 92,7 faizi müstəqilliyə səs verib. İraq hökuməti öz növbəsində referendumu qanunsuz sayıb və seçkilərin nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib.

Oktyabrın 16-da İraqın Baş naziri Heydər əl-Əbadinin göstərişi ilə Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkük vilayətində təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə kampaniya başlayıb. İraq ordusu bir sutkadan da az müddətdə Kərkük şəhəri və onun ətrafı üzərində nəzarətə yiyələnə bilib. Həmçinin Kərkükün bütün neft yataqları da hökumət qüvvələrinin nəzarətinə keçib. Euronews

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi