Erməni saytı ordumuza və mediamıza qarşı təxribat törətdi

Ermənistanda fəaliyyət göstərən Times.az saytı Azərbaycan ordusuna və “Yeni Müsavat” media qrupuna qarşı təxribata əl atıb.

Erməni saytının bugünkü buraxılışında “Azərbaycan hərbçisi Gürcüstana qaçıb” başlıqlı yazı yerləşdirilib. Yazıda media qrupumuza daxil olan rusdilli Minval.az saytına “istinadən” göstərilir ki, azərbaycanlı zabit Valeh Qarayev fərarilik etməyə məcbur olub, çünki o, ya erməni gülləsindən öləcəkmiş, ya da məsuliyyətə cəlb olunacaqmış.

Erməni saytı həmin materialın Minval.az saytında getdiyini “sübut edən” kollaj da hazırlayıb.

Ancaq Minval.az saytının rəhbərliyi bildirir ki, nə göstərilən tarixdə, nə ondan əvvəl, nə də ondan sonra saytda belə bir material yerləşdirilməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirirlər ki, “Silahlı Qüvvələrimizdə Valeh Qarayev ad və soyadlı nə zabit, nə gizir, nə də mülki işçi belə yoxdur”.

MN-dən belə bir materialın hansısa Azərbaycan saytında dərc olunmadığını bildiklərini, bunun növbəti təxribat olduğunu qeyd ediblər.

Minval.az saytının rəhbərliyi Ermənistan jurnalistikasına müraciət edərək, jurnalistika etikasını unutmamağı və Minval.az-ın adından dezinformasiya yaymamağı tövsiyə edib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi