Sosial şəbəkə istifadəçilərinin diqqətinə: Hesablarınız təhlükə altında (VİDEO)

İş, sosial həyat bəzəndə sadəcə maraq üçün daxil olduğumuz sosial şəbəkələrdəki hesablarımız təhlükə altındadır.
Paytaxtda sifariş əsasında istənilən bir şəxsin hesabını sındıran hakerlərin sayı artıb. Onlar bununla bağlı internetdə açıq elan da verirlər.
Başqasının facebook hesabını sındırmaq və votsap yazışmalarını əldə etmək cəmi yüz manata..
Üstəlik bundan əlavə şəxsi həyata müdaxilə edən əlavə bəzi xidmətlər də təklif olunur.Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harda olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. Onların özləri də etiraf edir ki müştəri cəhətdən heç də qıtlıq çəkmirlər onlar ən çox müraciət edənlər isə qadınlardır. Qiymət isə sındırılan sosial media hesabına görə dəyişir.
Bu şəxs istənilən profili sındırmağın mümkün olduğunu deyir. Etdiyi işin qanunsuz olduğunu dedikdə isə özünün kəşf etdiyi dırnaqarası qanunla özünə bəraət qazandırır.
Mütəxəsislər də hesabların sındırılmasının mümkünlüyünü, buna isə yetərli təhlükəsizlik tədbirlərini görməyən istifadəçilərin rəvac verdiyini deyirlər.
İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər də Azərbaycan qanunnvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.
Ümumiyyətlə bu cür hallarla qarşılaşan istənilən şəxs rabitə və yüksək texnologiyalar nazirliyinin elektron təhlükəsizlik mərkəzinin qaynar xəttinə müraciət edə bilər. Və bundan sonra başqasının şəxsi həyatına müdaxilə etmək istəyən şəxs və ya şəxslər barəsində araşdırma aparılaraq hüquq mühafizə orqanlarına təqdim edilir. (Xəzər TV)

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi