Abituriyentlər 2 fərqli qrup üzrə imtahan verə biləcəklər

Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində valideynlər və şagirdlərlə görüşüb.

Görüşdə ümumtəhsil məktəblərində şagirdlərin yekun qiymətləndirilməsi (buraxılış imtahanlarının) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modeli haqında məlumat verilib.

M.Abbaszadə bu məsələlərlə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklər edilməsi nəzərdə tutulur və XI sinfi bitirənlərə qəbul imtahanlarında iki dəfə iştirak etmək imkanı veriləcək.

Ötən il bu yeniliyin yalnız bir qrup çərçivəsində tətbiq edildiyini bildirən M.Abbaszadə deyib: “Abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci mərhələdə də eyni qrupun imtahanında iştirak etməli idi. Gələn il isə hər abituriyent iki fərqli qrup üzrə də imtahan verə biləcək. Onlar istəsə, qəbul imtahanlarının hər iki mərhələsində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər”, – deyə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri bildirib.

2019-cu ildə XI sinif şagirdlərinin buraxılış imtahanlarında tətbiq olunacaq yeniliklər barədə məlumat verən M.Abbaszadə deyib ki, şagirdlərə açıq tipli suallar, mətn üzərində iş, riyaziyyatdan situasiyaya aid məsələlər və fənlər üzrə müvafiq tapşırıqlar təqdim ediləcək. İmtahanın nəticəsi qiymətləndirilən zaman hər bir fəndən 100 bal toplamaq mümkün olacaq. Burada toplanan maksimum 300 bal ilkin nəticə kimi sonradan ali məktəblərə qəbul imtahanı müsabiqəsində nəzərə alınacaq.

Diqqətə çatdırılıb ki, yeni imtahan modelində hansı növ tapşırıqların olacağı, qiymətləndirilmənin necə keçiriləcəyi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıq var. Bu məsələyə aydınlıq gətirən Şura sədri qeyd edib ki, bu il həm XI, həm də X siniflər üçün sınaq imtahanları keçiriləcək: “Hər il XI sinif üçün sınaq imtahanı keçiriləndə onların 30 faizini X sinif şagirdləri təşkil edirdi və onlar bir il əvvəldən öz biliklərini sınayırdılar. Bu il isə X sinif şagirdləri üçün ayrıca sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı zamanı X sinif proqramı çərçivəsində yeni növ tapşırıqların olması nəzərdə tutulur. Bununla da onlar təxminən gələcək imtahanın formatı, tapşırıqların forması ilə tanış olacaqlar”.

Görüş zamanı M.Abbaszadə buraxılış imtahanlarının mahiyyəti, strukturu və yeni qəbul qaydaları ilə bağlı müəllimlərin, valideynlərin və şagirdlərin suallarını cavablandırıb.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib