Sahib Alıyev: Azərbaycandan bir çox ölkələrə örnək sayıla biləcək addım

Prezidentin təqdim etdiyi və bu gün Milli Məclisin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsiylə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilir.

Beləliklə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək ki, bütün bunlar dövlət başçımız cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il  sərəncamında nəzərdə tutlan cəza siyəsətinin humanistləşdirliməsi yolunda çox mühüm addımlardır.

Çinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması fələsəfəsinə dayanan bu dəyişikliklər 3 baxımdan yüksək qiymətləndirlilməlidir.

Birincisi, minlərlə suç işləmiş insana əvvəllər nəzərdə tutulduğundan daha yüngül cəza növü tətbiq ediləcək və bu bir sıra hallarda çəzanın həbsxanada deyil evdə çəkilməsi, digər hallarda daha yüngül, alternativ növləriylə əvəz olunması deməkdir. Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunub çıxmırlar, əksinə oradakı mühit onların xarakterlərində dərin iz buraxır ki, bu da gələcək davranışlarına təsirsiz ötüşmür. Ona görə də, yüngül cəza törədib həbsxanaya düşən məhkumların, sonradan daha ağır cəza törətməsi hallarına az rast gəlinmir. Yeni dəyişikliklər mümkün qədər bu cür mənfi haların qarşısını alacaq.

İkincisi, siyasi baxımdan götürsək, Azərbaycan bununla bir çox ölkələr üçün örnək sayıla biləcək addım atdı. Həm də söhbət o ölkələrdən gedir ki, onlar bəzən bizə insan haqqalrınadan dərs keçməyə qalxsalar da, özlərində caza siyasətinin humanistləşməsi yönündə hələ bu cür təsirli addımlar atılmayıb və yoxdur.

Məsələnin üçüncü tərəfinə gəldikdə, dövlət bununla cəzaçəkmə yerlərində minlərlə adamı yedirib-içirmək və saxlamaq yükündən azad olur. Buradan qənaət edilən vəsait başqa sahələrə, eyni zamanda elə həmən cəzaçəkmə yerlərində vəziyyətin daha da yaxşılaşdırlmasına yönəldilə bilər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi