Azərbaycan klubu voleybol üzrə Çelenc Kubokunda cavab oyununa çıxır – MediaZona.Az
Çərşənbə, 21 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
07.01.2026 11:14 · İdman, Manşet, Xəbər xətti

Azərbaycan klubu voleybol üzrə Çelenc Kubokunda cavab oyununa çıxır

Çelenc Kubokunda Azərbaycanı təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.

Komanda Belçikada “Lindemans” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Azərbaycan təmsilçisi ötən il dekabrın 9-da Bakıda baş tutan ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Xilasedici” 1/32 final mərhələsində Rumıniyanın “Styaua” klubunu mübarizədən kənarlaşdırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP