Azərbaycanda yeni konsepsiya hazırlandı

Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası“nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Konsepsiyanın məqsədi sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir.

Konsepsiyanın hədəf və məqsədlərini təqdim edir:

Konsepsiyanın hədəf göstəriciləri

– Konsepsiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:

– “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;

– gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;

– biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması;

– gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;

– müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;

– “dövlət – sahibkar – istehlakçı” zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;

– gömrük–biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;

– biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;

– ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

– gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində “Yaşıl texnologiyalar”dan istifadə edilməsi.

Konsepsiyanın məqsədləri

Konsepsiya dövlət və biznes maraqları nəzərə alınmaqla, aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir:

– dövlət nöqteyi-nəzərindən:

– təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviq edilməsi;

– transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi;

5.1.1.3. iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi;

5.1.1.4. dövlətin sosial-iqtisadi siyasətinə xidmət edilməsi;

5.1.1.5. səmərəli gömrük–biznes dialoqunun qurulması;

5.1.2. biznes nöqteyi-nəzərindən:

5.1.2.1. gömrük–biznes dialoqunun inkişaf etdirilməsi;

5.1.2.2. gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə edilməsi;

5.1.2.3. idxal, ixrac və tranzit əməliyyatları üzrə “özünüqiymətləndirmə” prinsipinin

tətbiqi, gəlirlərin artması və biznesin düzgün proqnozlaşdırılması;

5.1.2.4. dövlət dəstək mexanizminin gücləndirilməsi.

5.2. Qarşılıqlı münasibətlər müstəvisində dayanıqlı əməkdaşlığın qanuni

əsaslarla qurulması üçün biznes subyektləri ilə birgə fəaliyyət proqramı olan Konsepsiya

mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun

yeni normativ hüquqi aktların hazırlanmasına münbit şərait yaradacaqdır. ÜGT-nin

müəyyən etdiyi strateji hədəflərə və standartlara uyğun biznes yönümlü islahatların

həyata keçirilməsi, normativ hüquqi aktların dünya ticarət sistemində tətbiq edilən

təcrübəyə uyğunlaşdırılması, nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə

iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır. Büdcə vəsaitinin formalaşması

sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitin düzgün bölüşdürülməsinə və

xərclərin səmərəliliyinin artırılmasına zəmin yaranacaq, gömrük ödənişlərindən yayınma

riskləri üzrə çevik qiymətləndirmə aparılacaqdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır