Mikayıl Cabbarov istəyinə nail oldu – Hafiz Hacıyev

“Cinayət işi açılmalıdır, Təhsil Nazirliyi tam tərkibdə istefaya getməlidir” – Tələb

“Mikayıl Cabbarov və onun komandası elədiyini elədi. Artıq bütün erməni diasporu dünyaya car çəkir ki, Azərbaycan tarix dərsliyində “Böyük Ermənistan” faktını qəbul edib”.

Bu fikirləri MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, dərslikdə buraxılan səhv deyil, əsl təxribatdır. Partiya sədri təəssüflə onu da qeyd edib ki, təhsil naziri və onun yarıtmaz komandası bu təxribatı ilə düşmənin əlinə böyük bir əsas verib:

“Nə olsun ki, Mikayıl Cabbarova kimsə dəstək verir? Kiminsə dostudur deyə, milli maraqlarımıza zidd fəaliyyətinə göz yummalıyıqmı? Adamın özündə də düşüncə olmalıdır. İstefa verib getməlidir. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov haqlıdır. Bu qədər mütəxəssislər ola-ola Təhsil Nazirliyi nəyə görə naşı adamlara dərslik kimi strateji məsələni tapşırır? Bu ciddi suallardır, Mikayıl Cabbarov buna cavab verməlidir”.

Partiya sədri onu da nəzərə çatdırıb ki, tarix dərsliyində olan həmin təxribata görə cinayət işi açılmalıdır.
“Bundan əlavə, Təhsil Nazirliyinin rəhbərliyi tam tərkibdə istefaya getməlir. Gərək Prezident bunları işdən çıxarsın? Özlərində utanc hissi yoxdurmu? Niyə abırlarına qısılmırlar?. Bacarmırsınız, millətə başqaxıncısınız, prezidentə əlavə yüksünüz, odur ki, abrınız-həyanız olsun, çıxın gedin”. Mia.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi