Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin göyərtəsində 67 nəfər olub – MediaZona.Az
Cümə axşamı, 12 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
25.12.2024 13:14 · Gündəm, Manşet, Xəbər xətti

Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin göyərtəsində 67 nəfər olub

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

AZAL-dan bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP