Təhlükəli vəziyyətdə fəaliyyət göstərən otellər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən faktlar üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilir. Bəs bu sahədə yanğın və qəzaları törədən səbəblər, onların baş verməsinə birbaşa cavabdeh şəxslərdən nə tələb olunur? Əlbəttə ki, yalnız diqqətli olmaları və rəhbərlik etdikləri obyektlərdə yanğın və qəzalara qarşı təxirəsalınmaz tədbirlərin vaxtında və ciddi şəkildə təşkili kifayətdir. Lakin və təəssüflər olsun ki, laqeyd obyekt rəhbərləri də az deyil. Məsələn , Nəsimi rayonu,Nizami küçəsi 100 B ünvanında yerləşən Nizami Street Hotel, Xətai yaronu, H.Salman küçəsi 1 ünvanında yerləşən Happy İnn (Arriva) Hotel, Qaradağ rayonu, Lökbatan Qurd qapısı yolunda yerləşən Shah Otel, Nərimanov rayonu, Kral Hüseyn 52 ünvanında yerləşən Ambiance Hotel, Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Marmara Hotel, Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsi 3/2 A ünvanındakı Altstad Hoteldə vəziyyət ürəkaçan deyil. Sadalanan otellərin hər birində elektrik təsərrüfatında nöqsanlar var. Elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun deyil. Obyektlərin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsinin nəticəsi barədə rəy tərtib edilməyib. Yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar var. Hər hansı bir qəza zamanı insanların obyektdən çıxışını, təxliyəsini etmək üçün təhlükəsizlik tədbirləri görülməyib. Obyektlərin heç biri avtomatik yanğın xəbərvermə qurğuları ilə təchiz olunmayıb. Odsöndürən balonlar norma və tələblərin qaydalarına uyğun olaraq tam təmin edilməyib və kimyəvi tərkibi yenilənməyib.

Bütün bu sadalanan nöqsanlar əslində gələcəkdə baş verə biləcək hər hansı bir yanğın və digər təhlükələrdən xəbər verir. Nöqsanlar vaxtında  və təcili aradan qaldırılmazsa, nəticəsi heç də yaxşı nəsə vəd etmir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir