Bərzani məğlubiyyətinə don geyindirir

İraq Kürd Bölgəsi rəsmiləri bəyanat yayıb. Bəyanatda deyilir ki, “ölkələrarası koalisiya ordusununun təşəbbüsü ilə İraq höküməti və İraq Kürd Bölgəsi arasında imzalanan razılaşmaya əsasən, hər iki tərəf 17 sentyabr 2017-ci il tarixinə qədərki sərhəd xəttininn bərpasına tərəfdardır. Artıq tərəflər buna razıdır. Yaxın günlərdə sərhəd xəttində bərpa işləri aparılacaq.

İraq höküməti isə, belə bir razılşmanın olmadığını bəyan edib.