“Qəbələ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

İkinci oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

Digər oyunda isə “Sumqayıt” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. “Kapital Bank Arena”dakı görüş saat 19:00-da başlayacaq.

Bu mərhələnin ötən gün keçirilmiş oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da oynanılacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP