Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü

Yazıçı- publisist, “Olaylar” qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

“Olaylar” xəbər verir ki, bu barədə o, özü məlumat verib. Y. Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib: “Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, süveren Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkiləri boykot etmək qərarını  pisləyirəm. Çünki, bu prezident seçkiləri təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkilərində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər işlər var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, “Qayıdış” Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkilərinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhvəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində   onun yanında olmaq  şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!”

Xatırladaq ki, Y. Oğuz 2003-cü ildə keçirilən prezident seçkilərində də namizəd olub  və  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xeyrinə  namizədliyini geri  götürüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib