Avropa zonası üzrə “pley-off”un püşkü atılıb
Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Məlumata görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.
İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə 8 komanda 4 cütlük təşkil edib.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası üzrə pley-off oyunları
Şimali İrlandiya – İsveçrə
Xorvatiya – Yunanıstan
Danimarka – İrlandiya
İsveç – İtaliya
Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları həmin ayın 12-14-də keçiriləcək. Qaliblər DÇ-2018-in final mərhələsinə vəsiqə qazanacaq.