İki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökümətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qoruq İdarəsindən bildiriblər ki, görüşdə iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

“İçərişəhər” DTMQ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Sonra qonaqlar Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi