Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur

2017-ci ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 4,851 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% çoxdur. Bu barədə Türkiyə Mərkəzi Bankının açıqladığı statistikada deyilir.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 3,767 mlrd. dollar olub. 2017-ci ilin yanvar-avqust ayları ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 79%-i və ya 3,830 mlrd. dolları Avropa ölkələrinin payına düşüb. Hesabat dövründə qardaş ölkənin iqtisadiyyatına ən çox yatırım edən ölkələr Hollandiya, İspaniya, Azərbaycan və Avstriya olub. “Zanbaqlar ölkəsi” 8 ay ərzində Türkiyə iqtisadiyyatına 1,501 mlrd. dollar yatıraraq lider olduğu halda, İspaniya 1,046 mlrd. dollarlıq göstərici ilə ikinciliyini qoruyub. Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Avstriya qonşu ölkənin iqtisadiyyatına müvafiq olaraq 355 mln. dollar və 308 mln. dollar yatırıblar. Belçika, Almaniya, Yaponiya, İngiltərə, Çin və ABŞ kimi ölkələrin hər birinin yatırımları 100 mln. dollardan çox olub. Maraqlıdır ki, ilin əvvəlindən Rusiya Türkiyəyə birbaşa investisiya yatırmayıb. Halbuki, ötən ilin müvafiq dövrü ərzində bu göstərici 259 mln. dollar olub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi