ABŞ İsrailə ilk hərbi yardımını etdi

ABŞ İsrailə ilk hərbi yardımını göndərib.

Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarını daşıyan təyyarə İsrailin Nevatim Hərbi Hava Bazasına eniş edib.

Məlumata görə, sursatlar dağıdıcı zərbələr endirmək və digər ssenarilər üçün nəzərdə tutulub. Konkret olaraq hansı ssenarilərdən söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, dünən ABŞ İsrailə təhlükəsizlik yardımının ilk hissəsini göndərib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP