İsrail ordusu HƏMAS-a aid 1707 hədəfi məhv etdi

İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarının olduğu 1707 hədəfi məhv edib.

İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.

Hərbi hədəflər və tunellər hava və dənizdən endirilən zərbələrlə məhv edilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində 900-dən çox insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP