Türkiyə Suriyanın şimalında çoxlu sayda terrorçu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında hava əməliyyatı keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Əməliyyat zamanı terrorçuların 6 obyektinin məhv edildiyi bildirilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Qeyd olunub ki, əməliyyat zamanı günahsız dinc əhaliyə, tarix-mədəniyyət abidələrinə və ətraf mühitə zərər dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP