“AVRO-2024”: İsrail-İsveçrə oyunu təxirə salınıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail – İsveçrə oyununu təxirə salmaq qərarına gəlib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Oyun oktyabrın 12-də İsraildə keçirilməli idi. UEFA, həmçinin ölkədə planlaşdırılan digər oyunları da təxirə salıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP