Deputat: Utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil
Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlər dalğası davam etməkdədir. Artıq insan hüquqları pərdəsi altında milli dəyərləri sıradan çıxarmaq niyyəi güdən Avropa Şurası müxtəlif bəhanələrlə ölkələrə hədə-qorxu gəlir. Vəziyyət o həddə çatıb ki, Qərbin hədəfində olan dövlətlərdə həyata keçirilən istənilən profilaktik addım təqib kimi dəyərləndirlir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubova Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciət ünvanlayıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil. Avropa rəsmiləri götürüb Azərbaycanın Daxili İşlər nazirinə məktub yazıblar ki, bəs Azərbaycanda niyə cinsi azlıqlara “gözün üstə qaşın var” deyirsiniz: “Hömətli nazirimiz Ramil Usubov da mədəni formada bu müraciətə haqlı cavab verib ki, cinsi azlıq olmaq, hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yolxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Fikrimcə, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır. Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq cəmiyyət əxlaqı deyilən bir şey var, bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. Onsuz da istəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olmuş və olacaqdır. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz. Ona görə də bu kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır. Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür. Sirr deyil ki, bu gün ABŞ və Avropada cinsi azlıqların müxtəlif növləri hakimiyyət olumpində rahatlıqla ön mövqelərə çəkilirlər. Maraqlıdır ki, bizim kimi ölkələrdə bu kateqoriyadan olan insanların tədric olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli məqsəd birdir: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsılığa dözümlü bir cəmiyyət formalaşdırmaq. Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək, bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin də mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşınması qaçınılmaz olacaqdır”.
Millət vəkili Tahir Rzayev bildirib ki, “Avropa Birliyinin, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər beynəlxalq təşkilatların insan hüquq və azadlıqları ilə bağlı irəli sürdükləri belə tələblər bəşər övladının əxlaqının pozulmasına, ailə dəyərlərinin sarsıdılmasına xidmət edir. Deputat bildirib ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının bu müraciəti gülüş doğurur: “Hömətli nazirimiz Ramil Usubov da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieksin müraciətinə haqlı cavab verib. Cinsi azlıq olmaq hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yoluxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Avropa Şurasının bir çox təsisatlarının müraciətlərindən belə nəticəyə gəlmək olar ki, bəzi beynəlxalq təşkilatlara arxalanıb fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, birliklər, hərəkatlar və cinsi azlıqlar hüquq və azadlıq pərdəsi altında hər bir hərəkəti edə bilər. Ancaq buna görə də heç bir məsuliyyət daşımamalıdırlar? Bu çox yanlış və təhlükəli mövqedir. Azərbaycan dövlətinin və xalqının mənafeyinə ziddir. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ölkədə olan cinsi azlıqların halına belə yanmaqla nəyə nail olmaq istəyir? Bu insanları tutduqları eybəcər yoldan çəkindirmək, hüquqlarını başa salmaq və yerlərində oturtmaq əvəzinə, onlara müstəsna səlahiyyətlərin veriləməsini və başlarını sığallamaq lazımdırmı? Axı əxlaqın ölçüsü və dəyəri olmalıdır. İnsan əxlaqına, başqalarına münasibətinə görə seçilməli və dəyərləndirilməlidir”. T.Rzayev qeyd edib ki, belə halların qarşısını almaq hər bir dövlətin daxili işidir: “Özlərində təhükəli infeksiyalar daşıyan, danışığını, hərəkətlərini bilməyən öz davranışları ilə Azərbaycan cəmiyyətində ikrah hissi doğuran insanların müdafiəsinə qalxmaq ölkəmiz və sağlam bəşəriyyət üçün təhlükədir. Belə əxlaqsızlığı müdafiə edən bəzi beynəlxalq təşkilatlar dünyanı sonsuzluğa, xaosa, müharibəyə apardıqlarını yaxşı bilirlər. Onlar bu hərəkətlərlə başqalarını təsir altına salırlar. Belə insanlar üçün qazanc olan yerdə əxlaq, tərbiyə, mənəviyyat yoxdur”.