Sevastopola hücum: Rus admiral öldürüldü

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı ötən həftəsonu Rusiyanın Qara Dəniz Donanmasının ilha edilən Sevastopoldakı qərargahına endirilən zərbə nəticəsində 34 hərbçinin öldüyünü açıqlayıb.

Bu barədə komandanlığın mətbuat xidməti məlumat yayıb.

Ölənlər arasında Qara dəniz donanmasının komandiri admiral Viktor Sokolovun da olduğu iddia edilir. Zərbə nəticəsində daha 105 əsgərin yaralandığı bildirilir.

Qeyd edək ki, hücum sentyabrın 22-də həyata keçirilib. “Planet.com”un peykdən çəkilmiş görüntüləri zərbənin binaya böyük ziyan vurduğunu üzə çıxarıb.

“Sky News”un məlumatına görə, hücum uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə edilməklə həyata keçirilib. Həm Kiyev, həm də Moskva hücumda qərargahın vurulduğunu təsdiqləyib. Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, zərbələr nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Budanov qeyd edib ki, yaralılar siyahısında Zaporojyedəki Rusiya qüvvələrinin komandanı general Aleksandr Romançuk və general Oleq Tsekov kimi yüksək rütbəli zabitlər var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi