Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü  keçirilib. Tədbirdə  Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası Səmayə Həşimova, ailə üzvləri və bir sıra ziyalı, yaradıcı şəxslər iştirak edib.

Tədbiri açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü   İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova,  prezidentin fərdi  təqaüdçüsü, şairə Ofeliya Babayeva, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin, Polad Həşimovun bacısı Kəmalə Haşimova “Cığır” tarixi romanı haqqında fikirlərini səsləndiriblər.

Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.

Tədbirdə Qəbələ qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova da qeyd edib ki, Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş romanı olan “Cığır” ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir.
Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının “Cığır” romanı hədiyyə edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi