Ölkə ərazisində faktiki hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda 2 min 750 metr hündürlüyə qar yağıb.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı: Qəbələdə 57 (aylıq normanın 73 faizi), Göyçayda 41 (aylıq normanın 108 faizi), İsmayıllıda 40 (aylıq normanın 51 faizi), Qaxda (Sarıbaş) 39, Şəkidə 37, Şahdağda 31, Oğuzda 27, Qobustanda 25 (aylıq normanın 82 faizi), Xaltanda 24 (aylıq normanın 50 faizi), Kürdəmirdə 23 (aylıq normanın 69 faizi) , İmişlidə 23 (aylıq normanın 116 faizi), Qrızda 21 (aylıq normanın 44 faizi), Zərdabda 20 (aylıq normanın 68 faizi), Sabirabadda 19 (aylıq normanın 96 faizi), Biləsuvarda 17 (aylıq normanın 98 faizi), Ağsu, Ağdamda 16 (aylıq normanın 47 faizi), Lənkəranda 14, Şamaxıda 13, Altıağac, Balakən, Naxçıvan, Yevlax, Quba, Ordubad, Tərtər, Şabran, Sədərək, Şərur, Mingəçevir, Gədəbəy, Şəmkir, Beyləqan, Cəfərxan, Neftçala, Yardımlı, Qusar, Şahbuz, Tovuz, Lerik, Ağstafa, Gəncə, Naftalan, Daşkəsən, Bərdədə 10, Bakıda 12 (aylıq normanın 70 faizi), Maştağada 5, Pirallahıda 2, Sumqayıtda 3 millimetrədək olub.

İntensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.

Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görmə 50-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi