AFFA İntizam Komitəsi “Qəbələ” klubunun baş məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının V turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və onlara hüquqi qiymət verilib.

“Sabah” – “Turan Tovuz” matçında Bakı təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.

Analoji cərimə “Zirə” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Qəbələ” klubuna tətbiq olunub. Bundan başqa, həmin görüşdə “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubunu isə 800 manat ziyana salıb.

Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Zirə” klubu 700 manat məbləğində cərimələnib.

“Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə gördüyü üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib.

“Səbail” – “Qarabağ” oyununda isə hakimin final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “dənizçilər” 800 manat cərimə ödəməli olacaqlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi