Əhəd Abıyevin səlahiyyətləri müavininə həvalə olundu

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

Üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP