İsrail Suriyada İrana bağlı qüvvələrin bazalarını VURDU
İyulun 19-da İsrail Hava Qüvvələrinə məxsus qırıcılar İrana bağlı Hizbullah qruplaşmasının Dəməşq ətrafında yerləşən silah-sursat bazalarına zərbələr endirib.
Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumatda anbarların dağıdıldığı və iki hərbçinin yaralandığı bildirilib.
Qeyd edək ki, bu, cari ildə İsrailin Suriyada yerləşən İran və ona bağlı hədəflərə iyirminci hücumudur.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP