Britaniya səfiri jurnalistlərlə görüşdü

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld jurnalistlərlə görüşüb.

Diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“Milli mətbuat günü ərəfəsində bir qrup media nümayəndəsi ilə görüşüb söhbət etdik. H.B. Zərdabininin 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzetinin yaranma gününü qeyd etməklə bərabər, medianın üzləşdiyi çətinliklər və bir çox digər maraqlı mövzulara toxunduq”, – o qeyd edib.

qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP