“Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.

Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri ilk matçlarını keçirəcəklər.

“Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya GP” və Latviyanın RFŞ klubları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də İrəvanda meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi