Söyüdlüdə hər şey norma daxilindədir – Nazir
Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparıla hava keyfiyyətinin nəticələrinə görə havada təhlükəli maddələrin normadan artıq olmaması məlum olub. Yəni hər şey norma daxilindədir.
Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, kənd sakinləri müayinələrin aparılması təşkil olunub: “Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP