Jurnalistlər üçün müsabiqəyə 5 gün qaldı

Bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqə elan edib.

Artıq müsabiqənin bitməsinə 5 gün qalıb.

Bildiririk ki, “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mətbuat Şurası ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

Müsabiqənin istiqamətləri

Müsabiqə üzrə 3 istiqamət nəzərdə tutulur.

1. Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2. Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında;
3. Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi
.
Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

3 istiqamət üzrə qaliblərin hər biri:

I yer

3 nəfər

1000 manat

II yer

3 nəfər

700 manat

III yer

3 nəfər

500 manat

İştirakçılara həvəsləndirici mükafatlar təqdim olunacaq

Müsabiqə qaliblərinin adları 2023-cu il iyul ayının 20-də açıqlanacaq.
Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 01 iyun 2023-cü il tarixinindən 15 iyul 2023-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:

Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır;
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır;
Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

2. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimatda yer almalıdır:

Müsabiqə yazısı (“Word” faylında, imzasız);

Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;
Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları info@presscouncil.az elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 01 iyun 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:

(+994 12) 441 35 96

Mobil/Whatsapp:
(+994 50) 324 65 30

(+994 50) 242 09 91

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib