“Neftçi”də yeni baş məşqçi təyinatı

“Neftçi” klubuna yeni baş məşqçi təyin olunub.

Bu barədə rumıniyalı mütəxəssis Marius Şumudike bildirib.

Onun sözlərinə görə, Bakı klubunun rəhbərliyi 45-dən çox məşqçi arasından seçim edib.

“Məlumat alanda yolda idim. Adını bilmirəm. Amma anlaşdıqlarından xəbərim var. Yekun siyahıda Adrian Muta da daxil olmaqla, üç məşqçinin adı var idi”.

Qeyd edək ki, “Neftçi”yə son olaraq Laurentsiu Regekampf rəhbərlik edib. Klub ötən mövsümün sonunda rumıniyalı mütəxəssislə yollarını ayırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP