Ali Attestasiya Komissiyası 73 iddiaçıya diplom və attestatlar təqdim edib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 73 iddiaçıya diplom və attestatlar təqdim edilib.

Bu barədə AAK-dan məlumat verilib.

Bildirilib ki, riyaziyyat, fizika, kimya, coğrafiya, tibb, texnika, biologiya, filologiya elmləri, tarix, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 48 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, astronomiya, tarix, filologiya və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Macarıstanın Sent İştvan Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Dünya ədəbiyyatı (alman ədəbiyyatı)”, “Azərbaycan dili” və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, tarix sahəsində “Ümumi tarix”, hüquq elmləri sahəsində “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”, “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, kimya sahəsində “Qeyri-üzvi kimya”, tibb elmləri sahəsində “İnsan anatomiyası” və əczaçılıq elmləri sahəsində “Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib. Tibb elmləri sahəsində “Şüa diaqnostikası və terapiyası”, “Otorinolarinqologiya”, biologiya elmləri sahəsində “Botanika”, kimya elm sahəsində “Qeyri-üzvi kimya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları və Türkiyə Respublikasının Karabük Universitetində mexanika elm sahəsi üzrə professor elmi adı verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi