Misir paytaxtında muğam layihəsinə start verilib

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – muğam sənətinin tədrisinə başlanıb.

Azərbaycan muğamının da təbliğ olunması məqsədilə həyata keçirilən kursda hazırda dünyanın müxtəlif ölkələrindən olan 26 tələbə dərs alır. Bu kursun müəllimi muğam ustası Fərəc Səiddir. Muğam sənətinə maraq çox böyük olduğundan, gələcəkdə kursların sayının artırılması nəzərdə tutulub.

Yeni kurs iştirakçıları qarşısında çıxış edən cəmiyyətin Direktorlar Şurasının sədri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətlər həyata keçirir. Bu baxımdan cəmiyyət muğam sənətini öyrənməklə bağlı çoxlu israrlı müraciətlər alanda bu layihəyə başlamaq qərarına gəlib.

Nəzərə çatdırıb ki, Azərbaycan dövləti milli musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan muğam sənətinə böyük dəyər verir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir, 2008-ci ildə isə Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycanın muğam sənəti üzrə dünyada söz sahibi olduğunu vurğulayan sədr ölkəmizin görkəmli xanəndələrinin dünya muğam sənətinə misilsiz incilər bəxş etdiyini söyləyib.

Qeyd edək ki, tezliklə cəmiyyətin nəzdində xalça sənəti üzrə kurs da fəaliyyətə başlayacaq.

Hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili və digər fənnlər üzrə kurslarda 55 müxtəlif millətin 500 tələbəsi ödənişsiz olaraq təhsil alır.

Ərəb mətbuatında cəmiyyətin muğam layihəsinə başlaması barədə məlumat geniş yayılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi