Dayı toyda bacısı oğlunu BIÇAQLADI

Xaçmazda keçirilən toy şənliyində bıçaqlanma olub.

Çarxı kəndində təşkil olunan toyda 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunaraq iki dəfə məhkumluq həyatı yaşayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP