Zərdabda mağazadan külli miqdarda qızıl oğurlandı

Zərdabda mağazadan külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.

Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP